• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2100
— 02.05.2018 18:48

Goranboyda ağır qəza: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

KepezTV Player

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı minik avtomobillərinin toqquşması nəticəsində Goranboy sakini Əli Süleymanov hadisə yerində ölüb. Xəsarət alan 6 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardıma baxmayaraq, xəsarət alanlardan biri, Ağdam sakini, 55 yaşlı Cəmilə Quliyeva dünyasını dəyişib. Xəsarət alanlar arasında üç uşaq var, onların vəziyyəti normaldır. Digər iki nəfərin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.