Bu günə xəbərlərin oxunma sayı: 1185
— 02.05.2018 14:10

Daşkəsən rayonun baytarları təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb

KepezTV Player

Yaz fəslində xırda buynuzlu heyvanlar arasında ən çox rast gəlinən və yayılan infeksion xəstəliklərdən biri də brusselyozdur. Bunu nəzərə alan ЯкорьЯкорьDaşkəsən rayonun baytarları təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb. Kənt Təsərrüafatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq həyata keçirilən peyvəndləməyə rayonun 4 həkim baytar birqadası cəlb edilib. Daşkasın rayonunda hazırda 107 min xırda buynuzlu heyvan var və bütün heyvanlar bu ayın sonuan kimi peyvənd ediləcək. Həmçinin törədici qoçlardan brusselyoz xəstəliyinin diaqnostikası məqsədilə qan nümunələri də götürülür. Peyvəndləmə işləri yekunlaşdıqdan sonra təlimata uyğun olaraq təsərrüafat yerləri dizinfeksiya edilib.

Mərdan Abbasov - Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəisi: Kənt Təsərrüafatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidməti tərəfindən dərmanlar verilir və hər bir dərmanın üzərində satıla bilməz qeyd olunub. Termo çamadanda buzluq vastəsi ilə soyuq zəncir prinsipinə uyğun olaraq gətirilir və təsərrüfatda heyvanların göz damlası ilə proflaktik müayinəsi aparılır. Qan nümunələri götürülərək Zona Baytarlıq Laboratoriyasında yoxlanılır. Əgər müsbət reaksiya baş verərsə təlimata uyğun təsərrüfatdan çıxarılır. Peyvəndlərin çıxarılması nəticəsində hazırda Daşkəsən Rayonun da epizotik durum tam sabitdir.

Elimxan İsgəndərov - təsərrüfat sahibi: İlin hər fəslində heyvanların peyvəndini vaxtlıvaxtında vururlar. Bizə çox qayğı ilə yanşırlar sağ olsunlar. Bu gündə heyvanlara bürsulyoza qarşı dərman vururla.