• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1927
— 02.05.2018 13:11

5 nəfər zəhərləndi

KepezTV Player

Mingəçevirdə bir gündə 5 nəfər zəhərlənib. Hadisə şəhərdə fəaliyyət göstərən Sənaye Parkında qeydə alınıb. Sexlərin birində iş prosesi zamanı qəfildən 3 kişi və 2 qadın işçinin səhhətində narahatlıq yaranıb. Onlar dərhal xəstəxanaya çatdırılıb. Yoxlamalar zamanı 26 yaşlı Yaşar Bəkirov, 42 yaşlı Lalə İsayeva, 22 yaşlı Fərid Mustafabəyli, 35 yaşlı Vidadi Mehdiyev, 38 yaşlı Gülnarə Hüseynovanın zəhərləndiyi müəyyənləşib. Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirlir. Yevlax və Mingəçevir sakinləri olan işçilərin hansı şəaritdə zəhərləndiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.