• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2054
— 02.05.2018 13:18

Məscidin seyfindən pul oğurlayanlar yaxalandı

KepezTV Player

Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən pul oğurlayanların kimliyi bəlli olub. Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Aşurlu kənd məscidindəki seyfdən 2300 manat, 1300 ABŞ dolları və 16400 rubl oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Əli Zeynalov və Nizami Mahmudov saxlanılıblar.Onların əvvəllər də məhkum olunduqları bildirilir. Fakt araşdırılır.