• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 02.05.2018 13:22

Park və çay evindən oğurluq edən gənc yaxalandı

KepezTV Player

Ağdamda parklardan oğurluq edən gənc ifşa olunub. Hadisə rayonun Quzanlı Qəsəbəsində baş verib. Qəsəbə sakini rayon ərazisindəki park və çay evinin hasarına bərkidilmiş dəmir məhəccərləri sökərək satıb. Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.