• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 02.05.2018 13:10

Qəza zamanı iki nəfər dünyasını dəyişdi

KepezTV Player

Ağsu-Kürdəmir-İmişli magistral yolunun Kürdəmirin Sor-Sor kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı iki minik maşını toqquşub. Nəticədə Zərdab rayon sakini, 75 yaşlı Xəlil İsmayılov dünyasını dəyişib. Kürdəmir rayon sakinləri-Sənan, Mənsimə və Ofelya Həsənovlar, Zərdab rayon sakinləri-11 yaşlı Xəlil, 68 yaşlı Əsmər İsmayılovlar və 57 yaşlı Ağaveys Yusifov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı xəsarət alan 67 yaşlı Mənsimə Həsənova həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.