• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 02.05.2018 11:03

Snapchat yeni eynək-kamera təqdim etdi

Amerikalı yeniyetmələr arasında populyar olan Snapchat messencerini ərsəyə gətirən Snap şirkəti ikinci nəsil Spectacles smart eynəklərini təqdim edib. Yenilikdə əvvəlki səhvlər aradan qaldırılıb. Məsələn, Spectacles V2 nəinki videonu, hətta fotonu qeydə alır. O həmçinin suyun altında da işləyir, korpusu isə yüngülləşdirilib. Çəkiliş vaxtı “ağıllı” eynəklərdə yenə də ağ işıq diodlar yanır, bu da ətrafdakıları videoyazının başlaması haqqında xəbərdar edir. İstehsalçıların sözlərinə görə, Spectacles V2-nin batareya enerjisi və yaddaşı bir həftə bəs edir. Bu müddətdə 70 videoçarx göndərmək mümkündür. Hər bir klipin vaxtı 30 saniyə çəkir. Filtrlər indi bir qədər də yarı-şəffaf alınıb. ABŞ-da alıcılar günəşdən qoruyan şüşənin yerinə reseptli linzalar sifariş verə bilərlər. Bunlarla yanaşı, Spectacles V2-nin smartfonlarla sinxronlaşması daha da sadələşdirilib.