• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 01.05.2018 13:50

Sərhədi pozmağa çalışan 5 əcnəbi saxlanılıb

KepezTV Player

DSX əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb. Hadisə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb. Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən saxlanılıblar.Araşdırma zamanı Azərbay­candan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaşları olmaları müəyyən olunub.Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.