• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 01.05.2018 15:47

Pomidorumuz Rusiya bazarlarında alıcı axtarır

KepezTV Player

Məhsul bol olsa da alıcı sarıdan çətinlik var. İstixana şəratində yetişdirilən pomidor məhsuldarlığı ilə Şəmkirdən olan fermerlərin üzünü güldürsə də məhsulu Rusiya bazarlarında sata bilmirlər. Buna səbəb rayonda istixanaların artmasıdır, yoxsa başqa məqamlar var? Sujetdə izləyək.  

Artıq bir aya yaxındır Şəmkirdə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Fermelər hər hektardan ən azı 90 min tona yaxın məhsul yığdıqlarını deyirlər.

Elmar Məsimov fermer: Belə biz məhsuldarlığı yeşik sayı ilə hesablayırıq. Yeşik sayı ilə hektardan 5-6 min yeşik götürürük. İndi hələ sezonun sonuna qədər nə olcağı bəlli deyil. Məhsuldarlıq yaxşıdır. Bizi qane  edir.

Şəmkirdə istixana sahiblərini məhsuldarlıq qane etsə də yetişdirilən pomidorun satış bazarı olan Rusiyada təlabat azdır. Fermerləri də qayğılandıran budur.   

Röyal Məlikov fermer: Satış qiyməti bu günkü gün sıfırdır. Nə Moskvada qiyməti var nə də burada. Biz özümüz Rusiyaya göndəririk. Orada satıcımız var, deyir çox zəifdir, işləmir. Nə ilə əlaqədərdir bilmirik.

Hazırda daxili bazarda pomidorun bir kloqramı alıcılara 2 manata təqdim olunur. Ancaq istixana sahibləri bu qiymətin aşağı olduğunu deyirlər. Rusiya bazarlarında yaşanan durğunluğun müvəqqəti olacağını düşünüən təsərrüfats ahibləri istixana komplekslərini artırmaqda davam edir.

Vahid Verdiyev Keçili kənd icra nümayəndəsi: Camaatda maraq çox yüksəkdir. Bu saatda istixana komlkesləri qururlar. İndi xiyar vuracaqlar. Ardınca isə pomidor vurub payzıda baha qiymətə satmaq haqqında fikirləşirlər.

Şəmkir rayonunda ümumilikdə 3700 hektara yaxın sahədə istixana salınıb.  Ötən sahələrdən 527 min ton pomidor yığılıb.

Natiq Hüseyn