• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 30.04.2018 15:06

“Shamkir Chess 2018” başa çatdı

KepezTV Player

Vüqar Həşimovun xatirəsinə həsr edilən “ShamkirChess 2018” superturnirinə yekun vurulub. Maqnus Karlsenin qələbəsi ilə başa çatan yarışın bağlanış mərasimi Heydər Əliyev Mərkəzində təşkil olunub. 

Bağlanış mərasimində Vüqar Həşimovun adını əbədiləşdirməyə hesablanan yarışın bütün dünyanın diqqətini Şəmkirə yönəltdiyi  və belə mötəbər turnirin idman bayramı olduğu qeyd olunub.

FİDE reytinqində lider şahmatçıların həmçinin dünya çempionunun Şəmkirə gəlməsinin yarışa olan marağı artırdığı, qalibin yalnız son turda rəsmiləşməsinin yüksək rəqabətin göstəricisi olduğu vurğulanıb.

Nüfuzlu Veyk-An-Zee superturnirinin direktoru Yerun Van Der Berk mötəbər yarışa dəvət olunduğuna görə təşəkkür edib. O, Vüqar Həşimovun atası Qasım Həşimova Veyk-An-Zee turnirindən xatirə fotosunu təqdim edib.

Qeyd edk ki, norveçli şahmatçı Maqnus Karlsen iki illik fasilədən sonra yenidən yarışın qalibi adını qazanıb. Bu, Karlsenin analoji yarışda üçüncü qələbəsi olub.

Yarışda iştirak edən azərbaycanlı şahmatçılara gəlincə, qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov 4.5 xalla 4-cü, onunla eyni xalı toplayan Teymur Rəcəbov 7-ci, 4 xalı olan Rauf Məmmədov isə 9-cu yeri tutub.

Bağlanış mərasimində 10 gün ərzində yarışda baş verən ən maraqlı anları əks etdirən video çarx da nümayiş etdirilib.

 

Azad Rəfi