Avtomobillərində pərdə və plyonkadan istifadə etmək həvəsində olan sürücülər sabahdan etibarən arzularını rellaşdıra bilərlər. Yalnız sənaye üsulu ilə hazırlan və standartlara uyğun olan gün əlehinə qoruyuculardan istifadəyə icazə verilir.
Yol Hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə iqlim şəraiti nəzərə alınaraq mayın 1-dən noyabrın 15-nə kimi avtomobillərin arxa və yan şüşələrində, gün əlehinə pərdələrdən və plyonkalardan istifadəyə icazə verilib. Qeyd olunan qoruyuculardan yalnız avtomobilin küləyə qarşı olmayan arxa şüşəsində və arxa yan şüşələrdə istifadə etmək mümkündür.
Şahin Məmmədov - sürücü: Bilirəm hansı pərdələrdən istifadə etmək olar. Qanunla hansılara icazə verilirsə, jalüzdü, maqnit pərdələrdi, bunlara qanunla icazə verilir. Biz də qanuna uyğun olaraq həmin pərdələrdən istifadə edirik.
Nizami Mehdiyev - sürücü: Məsəl üçün qarmoşka pərdələr var, setka pərdələr var. İcazə veriləni istifadə edirik verilməyəni yox. İndi inşallah Mayın 1 dən icazə verilir, ondan sonra bizdə istifadə edərik.
25 - 30 manat arası dəyişən qiymətlərə satılan pərdələrin satışında da canlanma müşahidə olunur. Xüsusuilə də son bir ayada müraciət edənlərin sayı artıb.
Elcan Sadıxlı - satıcı: Tələbat artıq başlıyıbdır. Elə adam var maraqlanır, elə adam var gəlib alır. Misal üçün deyə bilərəm ki, son bir ayda 10-na yaxın pərdə satrmışam.
Azadə İsmayılova - satıcı: Son günlər tələbat demək olar ki, lap çoxdur. Əsasəndə son 3-4 gün lap çoxdur. Mayın 1-dən icazə verilib deyə başdıyırlar almağa.
Minik avtomobillərində sürücü standarlara uyğun olmayan pərdələrdən istifadə edərsə inzibati qaydada 150 manat cərimə olunacaq. Eyni zamanda inzibati xətanın predmeti olan pərdə və plyonkalar sökülərək müsadirə olunacaq.
Elton Cabbarlı
- Baxış: 2310