• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 30.04.2018 14:17

Şəmkirdə Əliağa Şıxlinskinin 155 illik yubileyi qeyd olunub

KepezTV Player

Şəmkirdə görkəmli hərbi xadim, əfsanəvi general Əliağa Şıxlinskinin 155 illik yubileyinə həsr olunan “Hərb tariximiz” mövzusunda tədbir keçirilib. Əliağa Şıxlinskinin hərb sahəsindəki fəaliyyəti, ölkədə hərbi xadimlərin, sərkərdələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb. Dünya və ölkə artilleriyasının tarixində silinməz iz qoyan Əliağa Şıxlinsikinin döyüş meydanlarında göstərdiyi şücaətlərin hərb tariximizə qızıl hərflərlə yazıldığı vurğulanıb. Generalın həyat və fəaliyyətinin gənclərə örnək olduğu, vətənpərvərlik ruhunu yüksəltdiyinə diqqət çəkilib. Məktəblilərin bu mövzuda hazırladığı ədəbi-bədii kompozisiya deyilələrin əyani göstəricisi oldu.

Marifə Qasımova - Qasım İsmayılov kənd tam orta məktəbinin direktoru: Bizdə tədris ili ərzində şəxsiyyətlərə aid müxtəlif tədbirlər təşkil olunur. Tək generallar deyil mədəniyyət və elm xadimləri qəhrəmanlarımız haqqında geniş tədbirlər təşkil olunur. Məsələn sentyabr ayında Üzeyir Hacıbəyovun 132 illiyi Lütvizadən anım tədbirlərini keçirmişik. Bu günkü tədbirimzidə həmin tədbirlərin davamıdır.

 

Natiq Hüseyn