• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 30.04.2018 13:08

Gömrükçülər narkotik vasitə aşkar edib

KepezTV Player

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar. İdarənin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dan İran İslam ərazisindən tranzit keçməklə Azərbaycana yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi "DAF" markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib.Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilmiş, bir ədəd şəffaf plastik şüşəyə doldurulmuş, xalis çəkisi 1242.1 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb. Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla "metadon" adlı dərman preparatları da aşkar olunub. Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in" II Siyahısına daxildir.