• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1152
— 30.04.2018 13:33

44 ədəd çətənə kolu aşkarlandı

KepezTV Player

Hacıqabul polisi əməliyyat keçirib. Narkotik vasitə ilə tutulmuş Füzuli Mehdiyevin ətrafında aparılan tədbirlərlə onun şəhər kənarında çətənə yetişdirdiyi məlum olub. Kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.Balakən RPŞ əməkdaşları da əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Şəhər ərazisində yaşayan Asif Məmmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkarlanıb. Hər iki faktla bağlı araşdırmalar davam edir.