• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1880
— 30.04.2018 13:23

Toya gedən ailənin evi soyuldu

KepezTV Player

Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib. Hadisə rayonun Cavad Xan küçəsində baş verib. Həmin küçədə yaşayan Gülpaşa Ağayevin ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər pəncərəni sındırmaqla mənzilə daxil olaraq, qızıl-zinət əşyaları, pul, kompyuter və oyun diskləri oğurlayıblar.Ev sahibinə ümumilikdə 5 min manata yaxın maddi ziyan dəyib.Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.