• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 30.04.2018 13:16

Qəzalarda xəsarət alanlar var

KepezTV Player

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Çaparlı-Qiyaslı avtomobil yolunda qeydə alınıb. Qaraqaşlı kənd sakini, 43 yaşlı Sənan Mustafayev "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Xəsarət alan sürücü Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağdamda isə avtomobil divara çırpılıb. Hadisə rayonun Paşabəyli kəndində baş verib. 44 yaşlı Şakir Heydərovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb və yol kənarındakı daş divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin ağır bədən xəsarəti alıb. Yaralılar ilkin olaraq Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktlarla bağlı araşdırmalar aparılır.