• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 30.04.2018 13:12

Ehtiyatsızlıqdan qonşusunun ölümünə səbəb oldu

KepezTV Player

Bərdə rayonunda qanlı olay baş verib. Hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 54 yaşlı Asif Hümmətov ehtiyatsızlıqdan qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Bud nahiyəsindən yaralanan kişi yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. .Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Asif Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.