• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 30.04.2018 11:02

Pnevmatik gödəkcə virtual reallıqda obyektlərlə əlaqə qurur

Disney Research mühəndisləri Masaçusets Texnologiya İnstitutu və Karneqi-Mellona Universtitetinin araşdırmaçıları ilə birgə virtual reallıqda fiziki kontakt imitasiya edən pnevmatik gödəkcə hazırlayıblar. Onun içərisində 26 hava kamerası quraşdırılıb. Onların da hər birindən hava kompressoru vasitəsilə borular keçirilib. Həmin borular təzyiqi və havanı çıxaran nasosun gücünü artırır. Borular ikitərəfli elektromaqnitli klavanlarla hava kameralarına bərkidilib. Onlar iki təzyiq mənbəsi arasında keçid edə bilir. Kameraları, kompressoru və nasosu idarə etmək üçün xüsusi proqram təminatından istifadə olunur. Həmin proqram müxtəlif formalı virtual obyektlərlə qarşılıqlı təsirə malikdir. Məsələn, gödəkcə düşən qarı və ya üzərində gəzən ilanı hiss edir.