
Jaguar şirkəti ən güclü və ən sürətli F-Pace — SVR modelini göstərib. İctimai debüt Nyu-York avtosalonunda reallaşdırılıb. Gücləndirilmiş yolsuzluq avtomobili yenidən qurulmuş amortizatorlar, daha sərt yaylar, aktiv differensial və yüngül eqzoz əldə edib. Jaguar F-Pace SVR 5 litrlik kompressorlu 550 at gücünə malik motorla işləyir. İlk yüzü yığmaq üçün krossoverə 4,3 saniyə lazımdır. Maksimal sürətsə 283 km/saatdır. F-Pace SVR ön bamperdə iri hava qəbulediciləri, qanadlarda ventilyasiyalı kəsiklər, kapot, həmçinin arxa spoylerinə görə seçilir.
- Baxış: 944