• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 30.04.2018 11:03

Nyu-Yorkda 5 qapılı Audi RS5 debüt etdi

Nyu-York avto-şousunda RS5 — Sportback modelinin 5 qapılı versiyası peyda olub. Belə maşın 5-ci seriyada ilk dəfədir ki, meydana çıxır. Kupe kimi RS5 Sportbacki də Porsche Panameradan biturbo “6-lıq” motorla təchiz ediblər. Yeni maşın mülki versiyadan kütləvi hava qəbulediciləri, ön və arxa spoyler, diffuzor və oval şəkilli borusu olan eqzoz sistemi ilə fərqlənir. Təchizatda 19 düymlük disklər var. Sportkarın asması S5 Sportback-ə nisbətən 7 millimetr aşağı salınıb. Güc sistemi isə 2,9 litrlik V6 450 at güclü motordan ibarətdir. Mühərrik 8 pilləli AS qutusu ilə birləşir. RS5 Sportback 97 km/saat sürəti 3,9 saniyəyə yığır. 5 qapılının maksimal sürəti 280 km/saatdır.