• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 28.04.2018 12:25

Samuxda akademik Zərifə Əliyevanın anım tədbiri keçirilib

KepezTV Player

Samuxda akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü qeyd edilib. Tədbirdə görkəmli oftalmoloq-alimin zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan və qazandığı nailiyyətlərdən geniş bəhs edilib. Elmi tədqiqatların uğurlu nəticələrinə görə oftalmologiya sahəsində ən mötəbər mükafatlara layiq görüldüyünə, gənc kadrların yetişdirilməsi və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasında xüsusi xidmətlərinə diqqət çəkilib. Zərifə Əliyevanın Vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını kimi xatirələrdə yaşayacağı vurğulanıb. Rayon Mərkəzi Xəsətəxanasının kollektivi Samux-Gəncə yolunun kənarında yaşıllıq aksiyası keçirərək 100-dən çox həmişə yaşıl şam ağacları əkiblər.

Natiq Hüseyn