• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2359
— 27.04.2018 20:06

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan kişi tibb ocağından qaçdı

KepezTV Player

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan 45 yaşlı kişi tibb ocağından qaçıb. Hadisə Mingəçevirdə baş verib. Belə ki, şəhər sakini Aydın Əliyev bədəninin kəsilmiş-deşilmiş yarası ilə tibb müəssisəsinə gətirilib, müayinəyə girməzdən öncə oranı tərk edib. Kişi daha sonra yaxınlarının köməyi ilə yenidən müayinəyə cəlb edilib. Ona tibbi yardım göstərilib, ambulator müalicə təyin edilib. Faktla bağlı araşdırma aparılır.