KepezTV Player
Goranboy rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Səfikürd kəndində baş verib. Goranboy Elektrik Şəbəkəsinin işçisi Tatarlı kənd sakini 37 yaşlı Zaur Məmmədov müxtəlif bədən xəsarətləri xəstəxanaya gətirilib. Müayinə zamanı ona kəllənin qapalı travması, bel nahiyyəsinin yumşaq toxumalarının və sol gicgahın əzniyi diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Zaur Məmmədovun Səfikürd kəndində işıq pulunu ödəməyən abonentlə mübahizə zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 2229