• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 27.04.2018 14:52

ADAU-da Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib

KepezTV Player

Zərifə xanım Əliyevanın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Akademikin alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli oftalmoloq alimin anadan olmasının 95 illiyi münasibəti ilə təşkil edilən tədbirdə Zərifə Əliyevanın ictimai xadim və ana kimi xüsusiyyətləri də önə çəkilib. Azərbaycanda oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən danışılıb,  xeyirxah əməllərindən söz açılıb. Vurğulanıb ki, universitetdə işləyən və oxuyan xanımlar elmi və ictimai fəaliyyətlərində akademik Zərifə Əliyevanı örnək alaraq, ölkəmizin inkişafına töhfə verəcəklər.