Gəncədə şahmatın sirlərini öyrənmək istəyənlər üçün imkanlar genişləndirilib. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən şahmat məktəbi bu gündən yeni tikilidə, müasir tələblər şəklində şagirdlərin istifadəsindədir. Binada zəka sahiblərinin ixtiyarına 7 məşğələ otağı verilib. 17 məşqiçi müəllim yaradılan imkanlardan maksimum yararlanaraq məktəbin 268 şagirdinə bu idman növünün sirlərini öyrədəcək. Yaradılan yüksək şərait əldə olunacaq uğurların və qazanılacaq qələbələrin sayını artıracaq.
Asif Həsənov - Gəncə Şəhər 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru: Siniflərdə şəraitimiz çox dar idi. Tədrisin normal və standartlara cavab verəcək şəkildə aparılması üçün heç bir şərait yox idi. Amma bu gün istifadəyə verilən yeni binada həm ərazi baxımından həm də şərait baxımından demək olar ki, bütün şərait yaradılıb. Burada həm məşğələlərin yüksək səviyyədə aparılmasına həm də yeni texnalogiyalardan istifadə olunması mümkündür. Demək olar ki, tədrisin standartlara cavab verən səviyyədə aparılması üçün hər bir şəraitimiz var.
Elton Cabbarlı
- Baxış: 1952