“ShamkirChess 2018” turniri şahmatsevərlərlə yanaşı, “Kəpəz” futbol klubunun da maraq dairəsindədir. Memorialın iştirakçıları arasında olan Maqnus Karlsen güclü şahmatçı olması ilə yanaşı, futbola böyük sevgisi ilə də tanınır. Bunu nəzərə alan Gəncə klubu dünya çempionuna komandanın şərfini və formasını hədiyyə etmək qərarına gəlib. Üzərində adı və 1 rəqəmi yazılan “sarı-göy” rəngli futbolkanı Karlsenə “Kəpəz”in icraçı direktoru Elnur Camalxanov təqdim edib. Klub rəsmisi Karlsenə komandanın tarixi və nəticələrindən danışıb. İcraçı direktor formanın üzərinə 1 rəqəminin yazılmasını onun dünya reytinqində birinci olması ilə əlaqələndirib. Bunu təbəssümlə qarşılayan qrossmeyster hədiyyələrə görə təşəkkürünü bildirib, “Kəpəz”ə uğurlar arzulayıb.
Azad Rəfi
- Baxış: 735