• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 27.04.2018 13:30

Sürücü və sərnişin xəsarət aldı

KepezTV Player

Zaqatalada isə iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası olub. Hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax şəhər sakini Məhəmməd Kərimov idarə etdiyi “QAZ 31” markalı minik avtomobili ilə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Məhəmməd Kərimov və maşında olan sərnişin, Qax sakini 26 yaşlı Qədir Məmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.