• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 27.04.2018 11:01

Yeni Nissan Altima, Infinitidən motor və yarıavtonom mənimsədi

Nyu-York avtomobil sərgisində Nissan rəsmiləri Altima sedanının yeni nəsil nümayəndəsini ortaya çıxarıblar. 2012-ci ildən buraxılan modelin ən sonuncusu platformasını dəyişib, Infiniti QX50-dən benzin motor və yarıavtonom idarəetmə rejimi mənimsəyib. Əvvəlkinə nisbətən 2,5 santimetr uzanan, 2,3 sm enlənən, 2,8 sm böyüyən maşının təkər bazası isə indi 4,8 santimetr daha çoxdur. Altima ilk dəfə tam ötürücü sistemlə təklif olunacaq. O, 2.5 litrlik 190 at güclü motorla hərəkət edəcək. Motor qammasında 2 litrlik İnfiniti mühərriki də olacaq. O, 252 at gücü verir. Transmissiya isə variatordan ibarətdir. Model üçün ProPilot Assist sistemi də təklif olunur. Bu sistem sükan idarəetməsinə nəzarət edir, maşını zolaqda saxlayır, akselerator və tormoz isə avtomobili tamamilə dayandırır və sürətləndirir. Sistem həm trass, həm şəhər yollarında effektiv işləyir. Altima Amerika bazarlarında ilk olaraq ən üst versiya olan Platinum versiya satılacaq. Digərləri isə yayda dilerlərdə gözə dəyəcək.