• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 27.04.2018 11:03

Nvidia şəkildəki detalları tanıyacaq

Nvidia şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini avtomatik bərpa edir və ya onun çatışmayan hissələrini tamamlayır. Neyron şəbəkəsinə əsaslanan alqoritm şəklin kontekstini başa düşür və özü onu dəyişdirir. YouTube videohostinqində dərc edilmiş təqdimat çarxına əsasən Nvidia şirkətinin neyron şəbəkəsi alqoritmi şəkillərdən əlavə obyektləri silmək, portretlərdə sifəti re-tuşlamaq (təşkrar tuşlamaq) üçün tətbiq edilə bilər. Proqram heç bir iz saxlamadan sürətlə hər iki məsələnin öhdəsindən gəlir.