• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 27.04.2018 11:02

Volkswagen 25 mm klirensi olan 5,4 metrlik pikap təqdim etdi

Volkswagen şirkəti Atlas Tanoak konsept-karını nümayiş etdirib. Bu, markanın MQB modullu platformasında hazırlanan ilk pikapdır. Sakit Okean sahillərində bitən ağacın adı verilən yeniliyin ictimai debütü Nyu-York avtosalonunda baş tutub. Atlas Tanoakın uzunluğu Atlas ofroudundan bir qədər çox alınıb və 5,4 metr təşkil edir. Pikapın eni 2 metr, hündürlüyü 1,8 metr, təkər bazası 3,2 metrdir. Klirens isə 254 millimetrdir. Maşının kapotu altında 3,6 litrlik 280 at güclü V6 motor tapmaq olar. Aqreqat 8 diapazonlu avtomatik sürət qutusu ilə işləyir. 0-dan 96 km/saat sürət 8,5 saniyəyə yığılır. Volkswagen Atlas Tanoak həmçinin aktiv dartma nəzarət sistemi olan tam ötürücüyə yiyələnib. Seçimə görə bir neçə hərəkət rejimi əlçatandır. Pikapın təchizat siyahısında işıq diodlu optika, gündüz çalışan işıqlar, sensorlu ekranı olan multimedia sistemi, elektron alətlər paneli və hərəkət rejimindən asılı olaraq rəngi dəyişən daxili işıqlandırma yer alıb.