• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 26.04.2018 16:08

Gəncədə bulvar ərazisindən köçürülən sakinlərlə görüş olub

KepezTV Player

Gəncədə şəhəri iki hissəyə ayıran çayın sol sahilində salınacaq bulvar ərazisindən köçürülən sakinlərlə görüş olub. Gənçaçayın sol sahilində yerləşən və selbasma təhlükəsi ilə üzləşən 130 evin sakinlərinin köçürülməsi yekunlaşıb. Daha 26 evin köçürülməsi isə davam edir. Sakinlər torpaq sahəsi ilə təminat, əlavə evin tikilməsi, çoxuşaqlı ailələr üçün daha böyük evlərin verilməsi ilə bağlı müraciətlər səsləndiriblər.30-dan çox vətəndaşı dinləyən Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı tapşırıqlar verilib.