• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 26.04.2018 16:07

Gəncədə “cümhuriyyət”in izlərini daşıyan binalar təmir olunur

Azərbaycan Xalq Cümhuriyyəti höküməti Gəncə dövründə şəhərin Atatürk prospektində yerləşən bu iki binada fəaliyyət göstərib. Hazırda ADAU-nun balansında olan tikililərdən biri universitetin inzibati binası kimi öz faəliyyətini davam etdirir, digərində isə ali təhsil müəssisəsinin nəznində yaradılan Kənd Təsərrüfatı və Xalq Cümhuriyyəti müzeyləri yerləşir.

ADAU-nun baş korpusu kimi tanınan bu tikili 1897-ci ildə inşa edilib və vaxtı ilə burada Dövlət Duması yerləşib. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olan bina, 10 il sonra Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin vətəndə keçirdiyi ilk iclasa şahidlik edib. Burada həmçinin Azərbaycan tarixində ilk adlandırıla biləcək 211 qərara da imza atılıb. Yolun digər tərəfində olan tikiliyə gəldikdə isə...

Şəhla Məmmədova AXC müzeyinin müdiri :“Dəqiq məlumatdır ki, binanın memarı Abuzər bəy Rzayevdir, lakin tikilinin kimə məxsus olduğu barədə müəyyən mülahizələr var. Kimi binanın İsmayıl xan Xoyskiyə aid olub, yəni Fətəli xan Xoyskinin qardaşının mülkü olub, kimi deyir Baba Məşədinin mülkü olub, kimi də binanın elə Abuzər bəy Rzayevə məxsus olduğunu düşünür. Yəni bu barədə dəqiq məlumat yoxdur. Bu binada AXC-nin Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyski fəaliyyət göstərib. Onun burada otağı da var ki, təmirdən sonra in şa Alla görə biləcəksiz”.

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra milli dövlətçilik ənənələri önə çəkilməyə başlayır və binanın Azərbaycan tarixindəki əhəmiyyəti nəzərə alınaraq muzeyin fəaliyyət istiqaməti genişləndirilir. Biri Fətəli xan Xoyskinin olmaqla binada iki otaq ayrılır və AXC dövrünü əhatə edən materiallar burada nümayiş olunmağa başlayır. Aparılan təmir işləri yekunlaşdıqdan sonra binanın iki yox, artıq 6 otağında AXC dövrünü əhatə edən materiallar sərgilənəcək.

Şəhla Məmmədova AXC müzeyinin müdiri:“Burada əsasən yer veriləcək AXC-nin 1918-ci ilin iyun ayının 16-dan, 1918-ci ilin sentyabr ayınadək, yəni Bakıya köçənədək olan dövrünə. 40-dan artıq gəncəli olub ki, həm AXC-nin yaranmasına böyük dəstək göstəriblər, həm də onlar AXC-nin Gəncə fəaliyyəti dövründə önəmli yerlər tutublar. Bunlar Şeyxzamanlılardır, Rəfibəyovlardır, Ziyadxanovlardır və sair. Onlar haqqında çalışacağıq ki, burada geniş məlumat verək ”.

Hazırda ADAU-nun inzibati binasının fasadı, müzey binasının isə həm fasadı və daxili təmir olunur. Hər iki tarixi binada aparılan işlər mayın 28-dək başa çatacaq.