Bakının Maştağa qəsəbəsində evə basqın edən maskalı şəxslər saxlanılıb. Belə ki, aprelin 20-də Nəcəfəli Ağayevin evinə girən 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb edib. İstədiklərinə nail ola bilmədiklərindən Nəcəfəli Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər. Sabunçu Rayon Polis İdadəri 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıb.Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
- Baxış: 760