• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 25.04.2018 13:13

5 yaşlı uşağı maşın vurdu

KepezTV Player

Qaxın Oncallı kəndi ərazisində də qəza olub. Elvin adlı şəxs «VAZ 21064» markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə yolun kənarı ilə hərəkət edən kənd sakini 5 yaşlı Cavid Cabbarovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı Cavid Cabbarov Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Azyaşlıya qapalı kəllə-beyn travması diaqnozu qoyulub.Ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.