• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 24.04.2018 18:33

Şəmkirdə toy üçün evdən çıxanlar faciə ilə üzləşdilər

KepezTV Player

Şəmkirin Düyərli kəndində ağır yol qəzası qeydə alınıb. İdarəetmədən çıxan "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Sabirkənd kənd sakini, 28 yaşlı Ayaz Allahverdiyev və 31 yaşlı Emin Məməmmədov adlı şəxslər ölüb. Avtomobildə olan  sərnişinlər 22 yaşlı Xəyyam Əmiraslanov və 20 yaşlı Elzamin Əmiraslanov isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdı. Qəzaya düşənlər Sabirkənd kəndindən Zəyyəm Cırdaxan kəndinə toy mərasiminə gedirlərmiş. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu