Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirində növbəti tur arxada qalıb. Yarışın 5-ci turunda yığmamızın liderlərindən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ağ fiqurlarla oynayıb. Onlar müvafiq olaraq, Aniş Giri və Sergey Karyakinlə üz-üzə gəlib və rəqibləri sülh bağlayıblar. Digər şahmatçımız Teymur Rəcəbov isə Dinq Lirenlə qarşılaşıb. Rəcəbov da komanda yoldaşları kimi rəqibi ilə xalları yarı bölüb.
Maqnus Karlsen Radoslav Voytaşeki, Veselin Topalov isə David Navaranı məğlub edib. 5 turdan sonra aktivində 3.5 xal olan Topalov turnir cədvəlinə başçılıq edir. Maqnus Karlsen 3 xalla ikinci pillədə qərarlaşıb. Şahmatçılarımzıdan Teymur Rəcəbovla Rauf Məmmədov digər 3 rəqibi ilə birlikdə 2.5 xalla 3-7-ci yerləri bölüşdürür. Onlardan yarım xal geri qalan Şəhriyar Məmmədyarov autsayderlər sırasında yer alıb.
Orxan Cəfərzadə
- Baxış: 716