Aprelin 23 dən başlayaraq ölkə ərazisində imunnlaşdırma həftəsinə start verilib. 1 həftə ərzində peyvənddən kənarda qalan uşaqlar yerli poliklinikalarda vaksin olunacaq. Gəncədə də şəhərin bütün poliklinilalarında fəaliyyət göstərən peyvənd kabinetləri hazır vəziyyətə gətirilib. Sahə həkimləri tərəfindən əvvəlcədən ərazilər üzrə 6 yaşa qədər olan və peyvənddən kənarda qalan uşaqların sayı dəqiqləşdirilərək imunnlaşdırmaya cəlb olunması təşkil edilib. Yolxucu xəstəliklərlə mübarizə və profilaktikasında olduqca səmərəli hesab edil’n peyv’ndl’m’nin n’tic’sidir ki son illərdə Azərbaycanda uşaqlar arasında difteriya, göy ösgürək, polimelit, məxmərək və epidemik parotit kimi xəstəliklər müşahidə olunmur. Əvvəlki illərlə müqyisədə valideyinlər də bu məsələyə daha məsuliyyətlə yanaşırlar.
Svetlana Qəribova 1 Gəncə Şəhər Saylı Uşaq Poliklinikasının vaksinatoru: Bizim poliklinikaya həmişə sahələrdən gəliş yaxşı olub. İndidə valideyinlər aktivlik göstərir. Difteriyadı, göy ösgürəkdi, tetanusdu, hivdi, məxmərəkdi, qızılcadı və birdə yeni İPV-dir hansı ki, 6 aylıq uşaqlara vurulur. Ümumilikdə 11 xəstəliyə qarşı uşaqları vaksin edirik.
- Baxış: 642