Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib. İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş İran İslam Respublikası vətəndaşları - 1 Məhtəvi Nasir və Allahyar Ruzbeh saxlanılıblar.Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Onların dövlət sərhədini pozaraq Azərbaycana keçirdikləri külli müqdarda narkotik vasitəni Astara rayonu Hamuşam kənd sakini,Ayətulla Vahabova çatdırmaları müəyyən olunub.Həmin şəxs saxlanılıb, həyətyanı sahəsində xüsusi yerdə gizlədilmiş 14 kq 54 qram narkotik vasitə aşkar olunaraq götürülüb.Bununla yanaşı, Vahabovun övladı 23 yaşlı Mikayıl Vahabovu narkotik qaçaqmalçılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyən edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
- Baxış: 893