• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 24.04.2018 13:21

Qadının evindən 30000 ABŞ dolları oğurladılar

KepezTV Player

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan qadının evindən 30000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub. Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən də oğurluq faktının üstü açılıb. Şəmkir dəmir yolu stansiyasının ərazisindən 180 metr metal borunu oğurlamağa cəhd göstərən Gəncə şəhər sakini Yunis Aydınov saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.