• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2471
— 24.04.2018 13:12

Yoldan çıxan avtomobil aşdı

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza Aeroport yolunda qeydə alınıb. Koroğlu metrosu istiqamətində yüksək sürətlə hərəkətdə olan Lexus markalı avtomobilin sürücüsü idarəetməni itirib. Əsas yoldan çıxan avtomobil dəmir arakəsmələrə çırpılıb, daha sonra isə yardımçı yolda aşıb. Qəza nəticəsində avtomobil tam yararsız hala düşüb. Maşında olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar taksi ilə xəstəxanaya çatdırılıb. Hadisə yerində polis əməkdaşları olublar. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.