• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 24.04.2018 13:10

Sumqayıt şəhərində qətl törədilib

KepezTV Player

Hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.Abşeron rayon Saray qəsəbə sakini, 31 yaşlı Sücayət Əsgərov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.Hadisə yerinə Sumqayıt şəhər prokurorluğu və polis əməkdaşları cəlb olunublar. İş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.