KepezTV Player
ARB-nin qaynar xəttinə paytaxtın Nəsimi rayonu Dilarə Əliyeva küçəsi ilə Bülbül küçəsinin kəsişməsində fəaliyyət göstərən uşaq bərbərxanasında qeydə alınan oğurluq faktı ilə bağlı gorüntülər daxil olub. Görüntüdən də aydın olur ki, bir nəfər şəxs obyektə daxil olaraq xeyli müşahidə aparır. Daha sonra masanın üzərindəki mobil telefonu götürərək ərazini tərk edir. Zərərçəkənin sözlərinə görə, baş vermiş oğurluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Fakt araşdırılır.
- Baxış: 1104