Gəncədə avtobus və mikroavtobus sürücüləri nəqliyyat işçilərinin hədəfində olub. Keçirilən reyd 8 sürücü üçün heç də yaxşı nəticələnməyib. Qanunun tələblərini pozanlar inzibati qaydada cərimə olunub.
Məhəbbət İsgəndərov – sakin: “Siqaret görəndə qoymuram çəkməyə, çünki siqaret mənə pis təsir edir. Amma telefonla danışırlar”.
Mətanət Həmzəyeva – sakin: “Telefonnla danışan, siqaret çəkən gömüşəm. Sükan arxasında telefonla danışmaq olmaz. Çünki sürücü camaata cavabdehdi”.
Bu gün Gəncədə keçirilən reyd belə sürücüləri aşkarlamaq, eləcə də sürücülük vəsiqəsi olmadan sükan arxasına oturan və vahid geyim formasından istifadə etməyənləri müəyyənləşdirmək məqsədi daşıyıb.
Qanunu pozan sürücülər nəqliyyat işçiləri ilə mübahisə etməkdən də çəkinməyib.
Bu cür reydlər Gəncə Avtomobil Nəqliyyatı ilə SərnişinDaşıma İdarəsi tərəfindən aprelin sonuna kimi davam edəcək.
Turqut Cəfərov - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin şöbə rəisi: “Marşurut xəttini göstərən trafetlərin sayı üçdən artıq olmamalıdır. Sürücülərə xəbərdarlıq edildi və yaxın günlərdə bunlara nəzarət ediləcək. Bizim qaynar xərlərimiz sərnişin daşıyan avtobus və mikroavtobuslara yerləşdirilib. İdarəmizin qaynar xətləri (022) 256-05-06 nömrəsidir. Rastlaşdıqları hər hansı qayda pozuntuları ilə bağlı zəng edib şikayətlərini bildirə bilərlər və biz dərhal onu aradan qaldıracağıq. Üzümü buradan sürücülər tutub deyirəmki qanuna riayət etsinlər. Sükan arxasında telefonla danışmasınlar, vahid geyim formasına riayət etsinlər, sərnişinlərlə kobud rəftar etməsinlər”.
Gəncədə gün ərzində 41 marşurut xətti üzrə 280 avtobus və mikroavtobus sərnişinlərə xidmət edir.
Elnur Vahidoğlu
- Baxış: 1602