• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 23.04.2018 14:28

DİM Gəncədə Azərbaycan dili imtahanı keçirib

KepezTV Player

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün imtahan keçirib. Gəncədə bir binada baş tutan imtahanda iştirak etmək üçün 597 nəfər qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün 46 zal nəzarətçisi, 4 imtahan rəhbəri ayrılıb. Abituriyentlərə 30 test tapşırığı təqdim edilib ki, hər düzgün cavab da bir balla qiymətləndirilir. Sualların cavablandırılmasına 45 dəqiqə vaxt ayrılıb. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Öz elektron ərizələrini aprelin 10-dan sonra təstiqlədən, üzürlü səbəblərdə imtahanda iştirak edə bilməyən və “qeyri-məqbul” qiymət alan abiturientlər iyunun 10-da Bakıda keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə biləcəklər.