• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 23.04.2018 13:27

Narkotiki paltaryuyan maşında gizlətdi

KepezTV Player

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə olan paltaryuyan maşının içərisindən ümumi çəkisi 662 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.