• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 23.04.2018 13:25

Zəncirvari qəzada 6 nəfər xəsarət aldı

KepezTV Player

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Şəki rayonu ərazisindən keçən hissəsində zəncirvarı yol qəzası baş verib. “VAZ 2104” və iki “Daewoo Nexia” markalı minik avtomobili toqquşub. Xəsarət alan iki nəfər - Mingəçevir şəhər sakinləri 44 yaşlı Əhsan Zamanov və 33 yaşlı Altay Məmmədov Mingəçevir şəhər xəstəxanasına aparılıblar. Şəki rayonu Qoxmuq kənd sakini 17 yaşlı Fərid Cavadov, Bakı şəhər sakini 30 yaşlı Aqşin Qurbanov, onun həyat yoldaşı 22 yaşlı Elnarə Qurbanova və onların 2 yaşlı övladı Aynur Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılardan Elnarə Qurbanova qapalı kəllə beyn travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra isə müalicəsinin davamı üçün Bakı şəhərinə göndərilib. Digər xəsarət alanlar Aqşin Qurbanov, Aynur Qurbanova və Fərid Cavadovun xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.