• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 23.04.2018 13:22

Yardımlı sakini ata və oğul tərəfindən baltalanıb

KepezTV Player

Yardımlı rayonunda baltalanma hadisəsi baş verib. 31 yaşlı Xəqani Rzayev rayon kəndlərindən birində mübahisə zəminində həmyerliləri olan ata və oğul - Ağali Ağayev və Vüsal Ağayev tərəfindən balta ilə vurulub. O, baş və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlər məsuliyyətə cəlb olunub. Həmyerlilər arasında uzun sürən ədavətin olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.