• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 23.04.2018 11:01

Volkswagen yeni əlçatan krossoverini göstərdi

Pekində keçirilən xüsusi tədbir çərçivəsində Volkswagen avtoistehsalçıları yeni krossverlərinin prototipini göstəriblər. Alman markasında o, “Tiquan”dan aşağıda qərarlaşacaq. Daha əvvəl isə şirkət rəsmiləri yeni yolsuzluq avtomobilinin tizerini təqdim etmişdilər. O, Çin üçün nəzərdə tutulmuş ilk model olacaq. Maşının motor qammasını 3 və 4 silindrli aqreqatlar təşkil edəcək. Seriyalı krossoverin debütü cari ilin avqustunda baş tutacaq. Qlobal istehsal isə Rusiya, Meksika və Argentinada 2020-ci ildə həyata keçiriləcək.