• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 22.04.2018 02:07

Göygöldə qəza olub, 1 nəfər xəsarət alıb

Göygöl rayonun da 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gəncə-Daşkəsən yolunda, Göygöl rayonunda yerləşən Mal bazarının qarşısında Kəlbəcər rayon Armudlu kənd sakini 28 yaşlı Qasım Cabbarov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn Ağcabədi rayon sakini 44 yaşlı Mahir Əliyevin idarə etdiyi “Mersedes” markalı yük avtomobili toqquşub. Qəza zamanı VAZ-da olan sərnişin 41 yaşlı Əziz İsgəndərov müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstaxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Qasım Cabbarov sürücü – “VAZ 21015” markalı maşını idarə edirdim. İşdən çıxmışdım,Gəncədən Daşkəsənə evimizə gedirdim. Yuxarıdan gələn yük maşını məni gözləmədi. Yol vermədi döndü, dönəndə də vurdu”.

Mahir Əliyev sürücü – “Bazara dönürdüm. Dönəndə maşın gəldi maşınımı vurdu. Mən dönəndə vurdu”.

Zabit Vəliyev həkim – “Avtoqəza nəticəsində bir nəfər xəsarət almış şəxs təcili tibbi yardım birqadası ilə çatdırılıb. Aparılan müayinələr zamanı sağ balzu oynağında balzu sümüyünün başının sınıq, çıxığı ilə xəsarət aldığı aşkarlanıb. Sınıq hepadizə olunub, fiksasiya edilib. Xəstənin müalicə və müayinələri davam edir”.

Elnur Vahidoğlu