• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 22.04.2018 00:07

Göygöldə içərisində 6 nəfər olan avtomobil yoldan çıxaraq qara düşüb

Göygöl rayonunun Hacıkənd-Tülallar avtomobil yolunda hərəkətdə olan  "UAZ" markalı avtomobil yol kənarında qara düşüb. Dərhal avtomobildə olanlar hadisə yerinə kömək çağrıb. Köməyə gələnlər 6 nəfəri xilas edib və onlar Göygöl rayonuna gətirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.  Xilas olunanların 4 nəfəri Daşkəsən rayonun Çıraqlı kənd, 1 nəfəri Göygöl və 1 nəfər  isə Gəncə şəhər sakinləridir. Qar və palçıq səbəbindən   "UAZ" markalı avtomobili yol kənarından çıxarmaq mümkün olmayıb. 

 

Elnur Vahidoğlu